Medianews.az
“Qarabağ” klubunun futbolçusu: "Liqa mərhələsində “Barselona” ilə qarşılaşmağı istəyərəm"
600 baxış

“Qarabağ” klubunun futbolçusu: "Liqa mərhələsində “Barselona” ilə qarşılaşmağı istəyərəm"

“Qarabağ” klubunun futbolçusu Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlmələri barədə danışıb.

Medianews.az-ın məlumatına görə, Elvin Cəfərquliyev deyib ki, özünü çox xoşbəxt hiss edir. 

O, ilk dəfə Çempionlar Liqasının əsas mərhələsində oynayacağını xatırladıb: “Bundan əvvəl Avropa Liqasının 1/8 final mərhələsində oynamışdım. Azarkeşlərə təşəkkür edirəm. Onlar möhtəşəm idi. Rəqib üçüncü qolu vuranda riskli idi. Çünki daha bir top buraxsaydıq, matç əlavə vaxta gedəcəkdi”.

E. Cəfərquliyev Çempionlar Liqasının Liqa mərhələsində İspaniya nəhəngi “Barselona” ilə qarşılaşmaq istədiyini açıqlayıb./Azərtac

Bizə qoşulun