Medianews.az saytı videobloqçu Fərid Pərdəşünasa istinadla xəbər verir ki, Azərbaycanın “Qarabağ” futbol klubu ilə bağlı üç xarici klubdan maraqlı paylaşımlar edilib.
1) Almaniyadan “Bayer Leverkuzen” 4.6 milyonluq İnstagram səhifəsində mem paylaşıb:
- "Bu gün Çempionlar Liqasının püşkatmasıdır!"
+ "Əla! Qarabağ bizə düşə bilməz, elə deyil?"
- (susqun baxış)
+ "Elə deyil...?"
View this post on Instagram
2) Portuqaliyadan “Sportinq Braga” klubu TikTok səhifəsində:
“İnterstellar” filmində baş rolu canlandıran Kuper (Cooper) obrazının ağlayan görüntüsünü təqdim edərək belə bir paylaşım edib:
“Qarabağın Çempionlar Liqasına yüksəlişinə baxanda özümü qürurlu ata kimi hiss edirəm”.
@scbraga_oficial Happy for you, guys. We’ve come a long way… 🥲❤️🔥 #SCBraga #ProudDad #Qarabag #ChampionsLeague #TikTokDesporto ♬ Interstellar Available on Apple TV - Paramount Pictures
3) Qazaxıstandan “Kayrat” klubu isə “Formula-1” filmində eyni komadadan olan iki pilotun ayrılışından sonra yenidən birləşdikləri (Bred Pitin qayıdışı) səhnəsini bölüşərək, “Qarabağ”a qardaşlıq mesajı verib.
@f.c.kairat_official 🥳Təbrik edirik! @fkqarabagh ❤️| #QairatEurope2025 ♬ оригинальный звук - FC Kairat