Bu gün Rusiya prezidenti Vladimir Putinin 73 yaşı tamam olur.
Medianews.az bildirir ki, Putin 1952-ci il oktyabrın 7-də Leninqrad (indiki Sankt-Peterburq) şəhərində doğulub.

Orta təhsilini Leninqradda alıb: səkkiz il 193 saylı məktəbdə, iki il 281 saylı kimya təmayüllü məktəbdə oxuyub.

Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirib, həmçinin Moskvada SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali Məktəbində və Xarici Kəşfiyyat Akademiyasında təhsil alıb.

1975-1990-cı illərdə təhlükəsizlik orqanlarında çalışıb. Xidmətin beş ili (1985-1990) Almaniya Demokratik Respublikasında xarici kəşfiyyat rezidenti kimi keçib.

1990-cı ildən Putin əvvəl Leninqrad Dövlət Universiteti rektorunun beynəlxalq məsələlər üzrə köməkçisi, sonra Leninqrad Şəhər Soveti sədrinin müşaviri postlarını tutub.

1991-ci ildən Sankt-Peterburq meriyasında çalışıb, 1994-cü ildən Sankt-Peterburq hökuməti sədrinin birinci müavini olub.

Putin 1996-cı ildən Rusiyanın ali hakimiyyət orqanlarında işləyib, prezidentin işlər müdirinin müavini, Prezident Administrasiyası rəhbərinin birinci müavini, Federal Təhlükəsizlik Xidmətinin direktoru (eyni zamanda Təhlükəsizlik Şurasının katibi) olub.

1999-cu il avqustun 16-da baş nazir təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib.
2000 və 2004-cü illərdə prezident seçilib.

2008-ci ilin may ayından baş nazir olub.
2012, 2018 və 2024-сü illərdə prezident seçilib.

Putin 1983-cü ildə ailə qurub, 2013-cü ildə boşanıb. İki qız atasıdır, nəvələri var.
Toğrul Əli,
Medianews.az