Medianews.az
Müğənnilərin Rusiyada saxlanılması... Saxlanılma deyilmiş –
719 baxış

Müğənnilərin Rusiyada saxlanılması... Saxlanılma deyilmiş – Əsl səbəb bəlli oldu

Son günlər tez-tez azərbaycanlı müğənnilərin Rusiyanın hava limanlarında saxlanılması haqda xəbərlər yayılır. 

Hüquqşünas Əkrəm Həsənov Medianews.az-a açıqlamasında deyib ki, əslində, bu, saxlanma deyil: “Sadəcə Rusiya ərazisinə buraxılmadan öncə əlavə yoxlamadır. Sırf Azərbaycanla da bağlı deyil. Ümumən Rusiyadakı faktiki hərbi vəziyyətlə bağlıdır. Mən Moskvaya iyulun 1-də, yəni bu həngamənin lap başlanğıcında getmişdim və məni də bir neçə saat buraxmadılar. Digər azərbaycanlılar kimi. Amma yalnız bizə aid deyildi. Məsələn, tacikləri də gözlətdirirdilər. Bizim müğənnilərimiz heç bir dövləti maraq kəsb etmir ki, onları orada kimsə saxlasın”.

Nailə Qasımova,

Medianews.az

Bizə qoşulun