Medianews.az
Kollecdə dəhşət:
209 baxış

Kollecdə dəhşət: qrup yoldaşına 4 dəfə atəş açdı

Rusiyada iki tələbə arasında baş verən münaqişə atışma ilə nəticələnib.

Medianews.az xəbər verir ki, hadisə Omsk kollecində baş verib.

Yeniyetmələr onlardan birinin ötən gün aldığı pnevmatik tapançanın keyfiyyəti ilə bağlı mübahisə edib. Mübahisə qızışanda silah sahibi ondan istifadə edib və atşə açıb.

İki güllə qurbanın ayaqlarına dəyib. 17 yaşlı zərərçəkən dərhal xəstəxanaya, daha sonra polisə müraciət edib.

Məlumdur ki, bu hadisədən əvvəl gənclər hüquq-mühafizə orqanlarının əməkdaşlarının diqqətinə düşməyib və qeydiyyatda olmayıblar. Hadisə ilə bağlı araşdırma aparılır.

Medianews.az

Bizə qoşulun