Medianews.az
"Husi" liderlərinin çoxu məhv edilib -
212 baxış

"Husi" liderlərinin çoxu məhv edilib - Netanyahu

Yəmənin "Ənsar Allah" hərəkatının əksər üzvləri sıradan çıxarılıb, növbə Husi liderlərinin hamısına çatacaq.

Publika.az xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu deyib.

Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələri Husi hökumətinin üzvlərinin və hərəkatın yüksək rütbəli hərbçilərinin əksəriyyətini məhv edib.

Netanyahu bunun hücumun yalnız başlanğıcı olduğunu diqqətə çatdırıb.

Avqustun 29-da İsrail qırıcıları Sənanın cənubundakı Hadda bölgəsində Husi hökumətinin iclasının keçirildiyi yeri - husilərin baş naziri Əhməd Qalib ər-Rahavinin evini bombalayıb. Nazirin və onun bir neçə həmkarının öldürüldüyü təsdiqlənib.

Bizə qoşulun