Medianews.az
FİFA milli komandaların reytinqini necə tərtib edir? –
903 baxış

FİFA milli komandaların reytinqini necə tərtib edir? – İZAH

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) milli komandaların reytinqini necə tərtib edir?

Medianews.az bildirir ki, reytinq oyunların əhəmiyyəti, rəqiblərin oyuna qədər mövqeyi nəzərə alınmaqla əldə edilən nəticələrə əsaslanır. Rəsmi yoldaşlıq oyununun əmsalı ən azı 5, ən çoxu 10, beynəlxalq turnirdə oyunun minimum əmsalı 15, maksimum əmsalı 60-dır.

Əsas və əlavə vaxtda qələbə 1 xal, penalti seriyasında qələbə 0,75 xal, həmin seriyada məğlubiyyət 0,5 xaldır.

Cari reytinqdə Azərbaycan yığması 210 milli arasında 123-cü yerdədir.

İran 21-ci, Türkiyə 26-cı, Ukrayna 27-ci, Rusiya 30-cu, Özbəkistan 55-ci, Gürcüstan 70-ci, Tacikistan 102-ci, Belarus 103-cü, Ermənistan 104-cü, Qırğızıstan 105-ci, Qazaxıstan 115-ci, Estoniya 130-cu, Latviya 139-cu, Türkmənistan 142-ci, Litva 146-cı, Moldova 156-cı pillədədir.

Beynəlxalq turnirlərə 1994-cü ildən qatılan Azərbaycan milli komandası 8 Avropa çempionatının, 7 dünya çempionatının seçmə mərhələsində, 4 Millətlər Liqasının qrup mərhələsində ələnib.

2025-ci il sentyabrın 30-dan yığmada Ayxan Abbasov müvəqqəti baş məşqçidir.

Müvəqqəti baş məşqçilər də nəzərə alınanda 1992-ci ildən başlayaraq Azərbaycan milli komandasının sükanı arxasında Ələkbər Məmmədov, Ağasəlim Mircavadov, Kazbek Tuayev, Vaqif Sadıqov, Əhməd Ələsgərov, İqor Ponomaryov, Əsgər Abdullayev, Karlos Alberto Torres, Şahin Diniyev, Qyoko Hacıyevski, Nazim Süleymanov, Berti Foqts, Mahmud Qurbanov, Robert Prosineçki, Qurban Qurbanov, Nikola Yurçeviç, Canni De Byazi, Arif Əsədov, Fernandu Santuş dayanıblar.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun