Medianews.az
FACİƏ: Quşu vurmaq istəyən ata bilmədən
374 baxış

FACİƏ: Quşu vurmaq istəyən ata bilmədən qızını GÜLLƏLƏDİ

ABŞ-də evinə girən böyük quşu tapança ilə vurmaq istəyən ata bilmədən 14 yaşlı qızına atəş açıb.

Medianews.az xəbər verir ki, faciə iyulun 21-də, İllinoys ştatının Prairie du Rocher şəhərində baş verib.

Quş otağa daxil olduqda 34 yaşlı David Şultays onu tapança ilə vurmaq istəyib. O, quşu nişan alıb, sonra səkdirməkdən qorxduğu üçün başını qapı çərçivəsinin arxasına gizlədib atəş açıb.

Güllə pəncərənin şüşəsini deşərək küçədə dayanan 14 yaşlı qızı Emmaya dəyib. Qız xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Sentyabrın 2-də həmin şəxsə qarşı silahla ehtiyatsız davranma, nəticədə insan ölümü ilə nəticələnən ittiham irəli sürülüb.

58 yaşlı Karen Şvartsa qarşı da ittiham irəli sürülüb. Müstəntiqlərin fikrincə, qadın atəş açan silahı gizlədib və istintaqın ilkin mərhələsində şahidləri ifadə verməkdən imtina etməyə məcbur etməyə çalışıb. Onun təqsirləndirilən şəxs və qızı ilə qohumluğu açıqlanmır.

Şultays könüllü olaraq hakimiyyət orqanlarına təslim olub və həbsxanada məhkəməni gözləyir. Müstəntiqlər hesab edirlər ki, Şvarts tezliklə etiraf yazacaq.

Medianews.az

Bizə qoşulun