Medianews.az
Diri-diri basdırılan əsgər
673 baxış

Diri-diri basdırılan əsgər necə xilas oldu? - FOTO

Ukrayna Milli Qvardiyanın 33 yaşlı əsgəri Vladislav rus hərbçiləri tərəfindən boğazı kəsildikdən sonra yeddi silahdaşı ilə birlikdə kütləvi məzarlığa atılıb. Daha doğrusu, ruslar Vladislavı və Donetsk bölgəsində əsir götürdükləri digər ukraynalı əsgərləri bir çalaya atıb, üstünü torpaqlayıb gediblər. 

Medianews.az xarici mediaya istinadən xəbər ki, boğazı kəsilsə də, Vladislav can verməyibmiş. O, torpağın altında əlinə keçən şüşə parçası ilə qolundakı kəndiri kəsib, torpağı dırnaqları ilə eşərək çölə çıxmağı bacarıb.

Daha sonra Vladislav ağır vəziyyətdə beş gün sürünərək özünü Ukrayna mövqelərinə yetirə bilib. Boğazı yaralı olduğuna görə danışa bilməyən əsgər başına gələnləri həyat yoldaşına və qardaşına yazılı qeydlərlə çatdırıb.

Vladislav bu qeyri-adi iradəni hər şeydən çox 4 yaşlı qızı naminə göstərdiyini vurğulayıb.

Medianews.az

Bizə qoşulun