Medianews.az
DÇ 2026: Neçə iştirakçı məlumdur? -
865 baxış

DÇ 2026: Neçə iştirakçı məlumdur? - Debütantlar və veteranlar

2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək 23-cü dünya futbol çempionatının 48 iştirakçısının 28-i məlumdur.

Medianews.az xəbər verir ki, 28 iştirakçıdan 3-ü turnirdə debütantdır: Özbəkistan, İordaniya, Kabo Verde.

Qətər 1, Kanada, Yeni Zelandiya 2, Misir, CAR, Fil Dişi Sahili, Seneqal 3, Ekvador, Əlcəzair, Qana 4 final mərhələsi görüb.

Kolumbiya, İran, Səudiyyə Ərəbistanı, Avstraliya, Mərakeş, Tunis 6, Yaponiya 7, Paraqvay 8 çempionatda yarışıb.

ABŞ, Cənubi Koreya 11, Uruqvay 14, İngiltərə 16, Meksika 17, Argentina 18 çempionatda oynayıb.

Braziliya final turnirlərinin hamısında – 22 çempionatda yer alıb.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 23-cü dünya çempionatında komandalar 12 qrupa bölünəcək, ilk iki yeri tutanlar və üçüncülər arasında ən yaxşı nəticə göstərmiş 8 komanda 1/16 finala bilet alacaq.

1930 və 1950-ci illərdə Uruqvay, 1934, 1938, 1982 və 2006-cı illərdə İtaliya, 1954, 1974, 1990 və 2014-cü illərdə Almaniya (Qərbi Almaniya), 1958, 1962, 1970, 1994 və 2002-ci illərdə Braziliya, 1966-cı ildə İngiltərə, 1978, 1986 və 2022-ci illərdə Argentina, 1998 və 2018-ci illərdə Fransa, 2010-cu ildə İspaniya dünya çempionu olub.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun