Medianews.az
Bu ölkədə ukraynalılara
383 baxış

Bu ölkədə ukraynalılara “limon” DEYİRLƏR

İspaniyada böyük bir Ukrayna icması var. Müharibədən sonra xeyli sayda müharibə qaçqını ukraynalı əmək miqrantlarına qoşulub. Hazırda İspaniyada o qədər ukraynalı var ki, ispanlar hətta onlar üçün xüsusi ləqəb qoyub.

Medianews.az xəbər verir ki, bu barədə İspaniyada yaşayan və TikTok bloqunu idarə edən ukraynalı qadın İrina Fedoroviç danışıb.

Videolarından birində o, ispanların ukraynalıları “limon” adlandırdıqlarını öyrəndikdə necə təəccübləndiyini deyib.

Ukraynalı qadın öz paylaşımında bildirib: "Buna, "ucraniana" sözünün mürəkkəb olması səbəb deyil. Buna səbəb, o cür üz ifadəsi ilə gəzməyimizdir. Mən, dəqiq beləyəm. Ətrafımızdakı bütün ispanlar gülərüzlü və qonaqpərvərdir, amma ukraynalılar donuq üz ifadəsi ilə gəzir. Sadəcə olaraq, emosiyalı görünməyə öyrəşməmişik. Amma ispanlara donuq görünürük”.

Videonun altındakı şərhlərdə bəzi izləyicilər “limon” ləqəbini təhqir kimi qəbul edərək qəzəblənib.

İzləyicilərin bir qismi ukraynalıların hazırda əylənmək əhvalında olmadıqlarını vurğulayıb.

Digərləri isə, qeyri-səmimi təbəssümün ukraynalıların sərt üzlərindən heç də yaxşı olmadığı qeyd edib.

Medianews.az

Bizə qoşulun