ABŞ-nin Alyaska ştatının Aleut adalarında 6 maqnitudalı zəlzələ qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, təkanların epistentri Ankoric şəhərindən 1 537 km cənub-qərbdə, zəlzələ ocağı 54 km dərinlikdə yerləşib.
Zəlzələ yaxınlıqdakı ərazilərdə də hiss edilib.
Dağıntı və tələfat barədə hələ ki məlumat yoxdur.