Onilliklərdir təyyarə və gəmilərin yoxa çıxdığı iddiaları ilə gündəmdə olan və “Bermud şeytan üçbucağı” kimi tanınan bölgənin sirri elmi yolla izah edildi.
Medianews.az araşdırmanı təqdim edir:
Florida, Puerto Riko və Bermud adası arasında yerləşən bu okean bölgəsi, ilk dəfə 1945-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələrinə aid "Flight 19" eskadrasının itməsiylə diqqət çəkmişdi. Daha sonra bölgədə baş verdiyi iddia olunan itkinlər, buranı UFO-lar, Atlantis və mistik güclərlə əlaqələndirən nəzəriyyələrlə məşhurlaşdırdı.
İngiltərədə hazırlanan “Bermud üçbucağı sirri” adlı sənədli filmdə, Southampton Universitetinin okeanoloqu Prof. Simon Boxall, bölgədəki itkilərin ən məntiqli səbəbinin "rogue wave" adlanan nəhəng, qəfil meydana gələn dalğalar olduğunu bildirib. Bu dalğalar ani şəkildə yaranır və çevrələrindəkindən iki dəfə böyük ola bilir.
Tədqiqatçı Larry Kusche 1975-ci ildə yazdığı kitabda, bölgədəki hadisələrin çoxunun şişirdilmiş və ya qeyri-dəqiq məlumatlara əsaslandığını qeyd edib. GPS texnologiyası olmadan əvvəl bu ərazidə yaşanan yüngül maqnit sapmaları da bəzi gəmilərin istiqamətdən yayınmasına səbəb ola bilərdi.
2013-cü ildə aparılan araşdırma nəticəsində, dünyanın ən təhlükəli dəniz yolları arasında Bermud Üçbucağı yer almamışdır. Əvəzində, ABŞ-ın Alyaska bölgəsində yerləşən “Alyaska Üçbucağı”nda bu günə qədər 20 mindən çox insanın itkin düşdüyü məlumdur.
Alimlərə görə, Bermud üçbucağı ilə bağlı formalaşan miflər, əsasən insanlığın gizəmə olan marağından qaynaqlanır. Əslində isə bölgədə baş verən hadisələrin əksəriyyəti təbii səbəblərlə izah oluna bilər.
Medianews.az