Medianews.az
Azərbaycan milli komandasının bütün baş məşqçiləri
872 baxış

Azərbaycan milli komandasının bütün baş məşqçiləri

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) sentyabrın 30-da Ayxan Abbasovu milli komandaya müvəqqəti baş məşqçi təyin edib. 1981-ci il təvəllüdlü Ayxan Abbasov futbolçu karyerası ərzində “Xəzri”, U-18, “Şəfa”, MOİK, “Turan” (iki dönəm), “İnter”, “MKT-Araz”, “Qarabağ” komandalarında oynayıb, məşqçi karyerası dövründə “Zirə”, “Sumqayıt”, “Turan”, “Şamaxı” komandalarının və gənclər yığmasının (U-21) sükanı arxasında dayanıb.

Medianews.az bildirir ki, müvəqqətilər də nəzərə alınanda 1992-ci ildən başlayaraq Azərbaycan milli komandasına Ələkbər Məmmədov, Ağasəlim Mircavadov, Kazbek Tuayev, Vaqif Sadıqov, Əhməd Ələsgərov, İqor Ponomaryov, Əsgər Abdullayev, Karlos Alberto Torres, Şahin Diniyev, Qyoko Hacıyevski, Nazim Süleymanov, Berti Foqts, Mahmud Qurbanov, Robert Prosineçki, Qurban Qurbanov, Nikola Yurçeviç, Canni De Byazi, Arif Əsədov, Fernandu Santuş baş məşqçilik ediblər.

Azərbaycan milli komandası FİFA reytinqində 210 yığma arasında 124-cü yerdədir.

Beynəlxalq turnirlərə 1994-cü ildən qatılan milli komanda 8 Avropa çempionatının, 7 dünya çempionatının seçmə mərhələsində, 4 UEFA Millətlər Liqasının qrup mərhələsində ələnib.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun