Medianews.az
Azərbaycan: 8 ayda problemli kreditlər neçə milyon manat artıb?
1,112 baxış

Azərbaycan: 8 ayda problemli kreditlər neçə milyon manat artıb?

Mərkəzi Bankın statistik bülleteninə görə, sentyabrın 1-nə Azərbaycanda ödəniş vaxtı keçmiş kreditlər 530,9 milyon manata çatıb.

Medianews.az xatırladır ki, problemli kreditlər 2025-ci ilə 449,1 milyon manatla başlamışdı. Səkkiz ayda 81,8 milyon manat artım olub.

Mərkəzi Bankın hesabatında o da bildirilir ki, sentyabrın 1-nə 22 bankın cəmi aktivləri 55,6 milyard manatı, cəmi öhdəlikləri 48,5 milyard manatı ötüb, ölkədə 28,7 milyard manatdan çox kredit, 15,4 milyard manatdan çox əmanət rəsmiləşib.

Kreditlərin 21,8 milyard manatı, əmanətlərin 13,6 milyard manata yaxını paytaxt Bakının payına düşür.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun