Medianews.az
Avropanın aparıcı milli futbol çempionatları:
500 baxış

Avropanın aparıcı milli futbol çempionatları: önə çıxanlar

Avropanın aparıcı milli futbol çempionatlarında növbəti oyunlar arxada qalıb.

Medianews.az bildirir ki, İngiltərə çempionatında “Arsenal” 25 xalla liderdir. “Mançester Siti” 19, “Liverpul” və “Bornmut” 18, “Tottenhem”, “Çelsi”, “Sanderlend” və “Mançester Yunayted” 17 xal əldə edib.

İspaniya çempionatında “Real” önə çıxıb: 30 xal. “Barselona” 25, “Vilyarreal” 23, “Atletiko” 22, “Betis” 19, “Espanyol” 18, “Xetafe” 17 xal götürüb.

İtaliya çempionatında “Napoli” 22, “İnter”, “Milan” və “Roma” 21, “Bolonya” və “Yuventus” 18, “Komo” 17 xal yığıb.

Almaniya çempionatında “Bavariya” 27, “Leypsiq” 22, “Borussiya” (Dortmund) 20, “Ştutqart” 18, “Bayer” 17, “Hoffenhaym” 16, “Köln” və “Ayntraxt” (Frankfurt) 14 xal qazanıb.

Fransa çempionatında PSJ 24, “Marsel” və “Lans” 22, “Lill”, “Monako” və “Lion” 20, “Strasburq” 19, “Nitsa” 17 xal toplayıb.

Toğrul Əli,
Medianews.az

 

Bizə qoşulun