Medianews.az
70 yaşlı qadın pitbulun
191 baxış

70 yaşlı qadın pitbulun boynunu dişlədi

ABŞ-də 70 yaşlı qadın itinə hücum edən pitbulu dişləyib.

Medianews.az xəbər verir ki, hadisə sentyabrın 1-də Florida ştatının Orlando şəhərində baş verib.

Yaşlı qadın Şirli Pasamanik supermarketdən çıxarkən, pitbull qəfildən onun 14 yaşlı iti Sparkiyə hücum edib.

Qadın dəyənəklə itini xilas etməyə çalışsa da, aqressiv it dayanmayıb. Sonra Pasamanik pitbulun üzərinə gedərək boynundan dişləyib. Yalnız bundan sonra heyvan geri çəkilib.

Qadın bildirib ki, pitbulun sahibi Sparkinin yaxşı olub-olmadığını soruşmadan itini aparıb. Hazırda polis həmin şəxsin axtarışını davam etdirir.

Medianews.az

Bizə qoşulun