Medianews.az
64 şəhərin hamısında hakim partiya önə çıxıb
689 baxış

64 şəhərin hamısında hakim partiya önə çıxıb

Gürcüstanın Mərkəzi Seçki Komissiyası oktyabrın 4-də keçirilmiş yerli seçkilərlə bağlı ilkin açıqlama yayıb.

Rəsmi hesabata görə, hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası 64 şəhərin hər birində mer postuna sahib çıxır, məclislərdə də üstünlük əldə edir.

Medianews.az bildirir ki, mer seçilmək üçün etibarlı səslərin yarıdan çoxunu almaq gərəkdir. Məclis seçkilərində qarışıq sistem tətbiq olunur. Proporsional sistem üzrə partiyalar 4 faizlik baryeri keçməli, majoritar sistem üzrə namizəd nisbi səs çoxluğu qazanmalıdır.

Gürcüstanda hökuməti 150 yerlik parlamentdə azı 76 mandatı olan partiya qurur. 2012, 2016, 2020 və 2024-cü illərin parlament seçkilərində Gürcü Arzusu qalib gəlib.

Ölkədə prezidenti parlamentin deputatlarından, muxtar qurumların ali təmsilçi orqanlarının və yerli özünüidarəetmə qurumlarının nümayəndələrindən ibarət Seçicilər Kollegiyası seçir. Prezident postunu Gürcü Arzusuna bağlı Mixail Kavelaşvili tutur.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun