Medianews.az
Bred Pittin anası <span style=color:red>vəfat etdi - FOTO
130 baxış

Bred Pittin anası vəfat etdi - FOTO

“Bir Zamanlar... Hollivudda” filminin davamı ilə gündəmdə olan məşhur aktyor Bred Pittin anası Ceyn Etta Pitt 84 yaşında vəfat edib. Medianews.az xəbər ki, Missuri ştatının Sprinqfild şəhərində yaşayan Ceyn Pitt-in ölüm xəbəri TMZ tərəfindən açıqlanıb. Bred Pittin Doq və Culi adlı iki bacı-qardaşı, həmçinin Sidni Pitt adlı bir nəvəsi var. Sidni nənəsinə sosial şəbəkə vasitəsilə vida edərək onun böyük ürəyə sahib olduğunu, insanlara və həyata dərin maraqla yanaşdığını qeyd edib: “...Getməyinə hazır deyildik, amma indi azadlıqla mahnı oxuyub rəqs etdiyini bilmək bizi rahatladır...” Bred Pitt bir neçə ay əvvəl “Today Show” proqramında anasına sevgi dolu sözlər ünvanlamışdı: “Hər səhər bu proqramı izlədiyi üçün anamı salamlayıram... Səni sevirəm, ana.” Medianews.az

Bizə qoşulun