Medianews.az
Sosial şəbəkədə paylaşdıqlarınıza diqqət edin: <span style=color:red>Fərqində olmadan cinayət törədə bilərsiniz
162 baxış

Sosial şəbəkədə paylaşdıqlarınıza diqqət edin: Fərqində olmadan cinayət törədə bilərsiniz

Sosial media vasitəsilə xəbər paylaşımı geniş yayılsa da, məlumatların nəzarətsiz şəkildə paylaşılması etik və hüquqi problemlərə yol açır. Medianews.az xəbər ki, Akdeniz Universitetindən Dr. Mustafa Akbayır bu sahədə etik pozuntuların təhlükəli həddə çatdığını bildirib. "Hər kəs jurnalistə çevrilib" Dr. Akbayır qeyd edib ki, sosial medianın yayılması ilə hər kəs xəbərçi roluna girib: “Çox vaxt yayılan məlumatlar heç bir yoxlama prosesindən keçmir. Yanlış və ya yoxlanılmamış informasiyalar ictimai rəyə təsir edir, bu da cəmiyyət üçün ciddi risklər yaradır.” O, əlavə edib ki, izləyici qazanmaq, qazanc əldə etmək məqsədi ilə şəxsi məlumatların yayımlanması, qəza və digər hadisələrin senzurasız görüntülərinin paylaşılması kimi hallara tez-tez rast gəlinir. "Etik və hüquqi bilik vacibdir" Akbayır, jurnalistika və media savadlılığının vacibliyini vurğulayaraq bildirib: “Peşəkar olmayan şəxslər tərəfindən neytrallıq, qarşı tərəfə söz haqqı vermək və şəxsi məlumatların qorunması kimi prinsiplər pozulur. Halbuki sosial media düzgün istifadə olunsa, cəmiyyətin maarifləndirilməsində mühüm rol oynaya bilər.” “Hüquqi məsuliyyət daşıya bilərsiniz” Mövzuya hüquqi tərəfdən yanaşan vəkil Ozan Gürgöz isə xəbərdarlıq edib: “İcazəsiz şəkil və ya video çəkmək, şəxsi yazışmaları yaymaq — şəxsi həyatın gizliliyini pozmaq deməkdir. Bu, həm cinayət məsuliyyəti, həm də maddi təzminatla nəticələnə bilər. Sosial mediada haqlı olduğunuzu düşünərək etdiyiniz paylaşım, sizi haqsız vəziyyətə sala bilər.” “Əvvəlcə rəsmi qurumlara müraciət edin” Mustafa Gürgöz əlavə edib ki, hər hansı hüquqi problem yaşandıqda ilk növbədə rəsmi orqanlara — bələdiyyə, CİMER və ya prokurorluğa müraciət olunmalıdır. Əks halda, sosial mediada ifşa etmə cəhdləri böhtan və şəxsi həyatın pozulması ittihamları ilə nəticələnə bilər. Uşaqların da sosial mediada bu cür davranışlara meyilli olduğunu qeyd edən vəkil, valideynlərin övladlarına sosial media istifadəsi ilə bağlı maarifləndirmə aparmasının vacibliyini vurğulayıb. Medianews.az

Bizə qoşulun