O bildirib ki, həmin memorandumda ATƏT-in Minsk qrupunun buraxılması haqqında bənd ola bilər: “Vaşinqton görüşü sülh müqaviləsi istiqamətində mühüm prosesdir. Artıq ikitərəfli danışıqlar müstəvisində davam edən proses kulminasiya nöqtəsinə yaxınlaşır. Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmalar Cənubi Qafqazda Rusiyanın mövqeyini kifayət qədər zəiflədəcək”.
M.Əsədullazadənin sözlərinə görə, ABŞ regiona ayrı-ayrı dövlətlər şəkilində deyil, Cənubi Qafqaz kontekstdən yanaşır: “Ona görə də regionda ümumi təhlükəsizliyin təmini üçün sülh müqaviləsinin bağlanmasına çalışır. Bununla da Cənubi Qafqaz və Xəzər regionunda öz siyasi və iqtisadi maraqlarını inkişaf etdirməklə yanaşı, Rusiyanın artan aqressiyasını neytrallaşdırmağı da nəzərdə tutur. ABŞ kifayət qədər beynəlxalq müstəvidə aktivləşib”.
Politoloqun fikrincə, avqustun 8-də Ağ evdə Azərbaycan və Ermənistan liderlərinin imzalayacağı ciddi siyasi sənəd Rusiya-Ukrayna müharibəsində atəşkəsin əldə edilməsinə də müsbət təsir göstərəcək: "Xüsusilə ABŞ-ın Rusiyaya təzyiqləri daha da artacaq".
Medianews.az xatırladır ki, avqustun 8-i ABŞ prezidenti Donald Tramp paytaxt Vaşinqtonda azərbaycanlı həmkarı İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq. Üçtərəfli görüşün də nəzərdə tutulduğu danışıqların əsas mövzusunun sülh prosesi olacağı açıqlanıb.
Martın 13-də Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin mətninin razılaşdırıldığı bəyan olunub, ancaq sənədin imzalanması üçün şərtlər var. Azərbaycan öncə Ermənistan Konstitusiyasının giriş (preambula) hissəsinin dəyişdirilməsini istəyir.
1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb və getdikcə təcavüzə çevrilib.
1989-cu il dekabrın 1-də Ermənistan parlamentinin və Dağlıq Qarabağ Milli Şurası adlı qurumun birgə iclasında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi qərarı çıxarılıb.
1990-cı il avqustun 23-də Ermənistan parlamenti müstəqillik bəyannaməsi qəbul edib. Bəyannamədə 1 dekabr 1989-cu il qərarına da istinad olunub, yəni dolayısı ilə Dağlıq Qarabağ Ermənistan ərazisi kimi tanınıb.
1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib, sentyabrın 21-də isə Ermənistanda müstəqillik referendumu keçirilib, ardınca hərbi təcavüz sürətlənib, 1994-cü ilin mayına qədər Azərbaycanın altıda biri işğal olunub.
5 iyul 1995-ci ilin referendumunda Ermənistan Konstitusiyası qəbul olunub. Konstitusiyanın preambulasında 23 avqust 1990-cı il bəyannaməsinə istinad var. Azərbaycan bunu əsas götürərək Ermənistan Konstitusiyasının yenilənməsi tələbi qoyur.
Azərbaycan ATƏT-in Minsk qrupunun ləğvi şərtini də irəli sürür. Bunun üçün öncə Azərbaycanla Ermənistanın ATƏT-ə (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) birgə müraciəti gərəkdir.
Əsası 1975-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) kimi qoyulmuş ATƏT-ə Azərbaycan və Ermənistan 1992-ci il yanvarın 30-da qəbul olunublar.
1992-ci il martın 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurası Dağlıq Qarabağa dair sülh konfransının çağırılması qərarı qəbul edib. Konfransın Minskdə keçirilməsi nəzərdə tutulub.
1992-ci il mayın 1-də konfransın reallaşması üçün Minsk qrupu yaradılıb, konfransa hazırlıq məqsədilə italyan Mario Rafaelliyə mandat verilib. O, 1994-cü ilə qədər Minsk qrupunun sədri funksiyasını icra edib.
1994-cü ilin dekabrında həmsədrlik institutu yaradılıb, həmsədrlik Rusiya ilə İsveçə tapşırılıb. Sonradan İsveçi Finlandiya əvəzləyib.
1996-cı il dekabrın 30-da Finlandiya nümayəndəsinin əvəzinə Fransa təmsilçisi həmsədr təyin olunub, 1997-ci il fevralın 14-də Minsk qrupuna daha bir həmsədr ölkə qoşulub: ABŞ.
Minsk qrupunda həmsədrlər, Azərbaycan və Ermənistanla yanaşı Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə də yer alıb.
Toğrul Əli,
Medianews.az
07.08.2025, 10:22
359 baxış
Azad
Azərbaycanla Ermənistanın imzalayacağı sənəd Rusiya-Ukrayna müharibəsinə təsir göstərəcək
“Sabah Vaşinqtonda ABŞ prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri memorandum imzalayacaqlar”. Bunu Medianews.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Paylaş: