Medianews.az
Kamçatkada iki vulkana "narıncı" təhlükə <span style=color:red>kodu verildi - VİDEO
165 baxış

Kamçatkada iki vulkana "narıncı" təhlükə kodu verildi - VİDEO

Rusiyada Klyuçevsk və Kraşeninnikov vulkanlarına "narıncı" təhlükə səviyyəsi elan edilib. Oxu.Az-ın məlumatına görə, bu barədə Kamçatka diyarı üzrə Fövqəladə Hallar Nazirliyinin baş idarəsi məlumat yayıb. Bildirilir ki, Klyuçevsk vulkanından püskürən külün şleyfi cənub-şərq istiqamətində, Kraşeninnikovdan isə şimal-şərq istiqamətində Sakit okean tərəfə yayılıb. Qurumda qeyd ediblər ki, vulkanlara dırmanmaq, həmçinin onların ətrafını ziyarət etmək tövsiyə olunmur. Xatırladaq ki, iyulun 30-da Kamçatka sahillərində 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib. Paralel olaraq, yarımadada Klyuçevskaya Sopka vulkanı püskürməyə başlayıb. Hazırda Kamçatkada yeddi vulkanın aktivliyi müşahidə olunur. Avqustun 3-də Avaçinski, Klyuçevsk, Bezımyannı, Kambalnı və Karımski vulkanlarına Kronotski qoruğundakı Kraşeninnikov vulkanı, avqustun 4-də isə Mutnovski vulkanı qoşulub. "Narıncı" kod - vulkan müşahidəsi və xəbərdarlıq sistemində dörd koddan üçüncüsüdür (bundan sonra ən yüksək -"qırmızı" təhlükə səviyyəsi gəlir). Bu o deməkdir ki, vulkan aktivdir və kül püskürməsi ehtimalı yüksəkdir, ya da artıq püskürmə başlayıb, amma azdır. Bu, aviasiya üçün riskli vəziyyətdir.  

Bizə qoşulun