04.08.2025, 10:01
173 baxış
Nailə
Dənizdə boğulma təhlükəsi - Canqurtaranla vətəndaş arasında dava düşdü - VİDEO
Türkiyənin Samsunun ərazisində 20 yaşlı gənc dənizdə çimərkən boğulma təhlükəsi yaşayıb.
Hadisə yerinə polis, təcili yardım və cankurtaranlar cəlb olunub. Gənc canqurtaranlar tərəfindən dənizdən çıxarılaraq xəstəxanaya yerləşdirilib.
Medianews.az xarici mediaya istinadən bildiri ki, hadisə zamanı sahildə çadır quran və dənizə girən R.A. ilə canqurtaran H.C. arasında mübahisə yaranıb.
Gərginlik fiziki qarşıdurmaya çevrilib, tərəflər bir-birinə yumruq və təpiklə hücum edib. Polis müdaxilə edərək davanı ayırıb.
Hər iki tərəf şikayətçi olmadığı üçün sadəcə protokol tərtib olunub və onlar sərbəst buraxılıb.
Cankurtaran H.C. R.A.-nın xilasetmə işinə mane olduğunu, R.A. isə əksinə, ona əsassız müdaxilə edildiyini bildirib.
Medianews.az
v