02.08.2025, 17:30
194 baxış
Azad
Ən çox sevilən Azərbaycan filmləri - VİDEO SORĞU
2 Avqust - Azərbaycan Kinosu Günüdür.
Baku TV bununla bağlı paytaxt sakinləri arasında sorğu keçirərək, onlara "Azərbaycan kinosu deyiləndə ağlınıza ilk hansı film gəlir?" - sualını ünvanlayıb.
Sakinlərin əksəriyyəti klassik filmlərə üstünlük verdiklərini bildiriblər.
"Ən sevdiyim film "Ögey ana"dır. Yeni filmləri bəyənmirəm. Köhnə filmlərimiz daha yaddaqalandır", - deyə sakinlərdən biri söyləyib.
Digər bir sakin isə gənc nəslin Azərbaycan filmlərinə maraq göstərmədiyindən şikayətlənib: "İndiki gənclər nəyinki filmlərimizi, heç musiqimizi də bəyənmirlər. Nəvələrim ümumiyyətlə filmə baxmırlar".
Ətraflı süjetdə: