31.07.2025, 10:41
166 baxış
Lamiyə
Yeməkdən sonar çay içməyin – xəbərdarlıq
“Yeməkdən ən azı 30 dəqiqə sonar çay için”.
Medianews.az xəbər verir ki, bunu allerqoloq-immunoloq Elena Nasankaeva deyib.
O izah edib ki, çayın tərkibində tanin adlanan polifenol birləşmələr var. Onun sözlərinə görə, onlar zülalların parçalanması prosesini poza və ağırlıq, köp və qarın ağrısına səbəb ola bilərlər.
Bundan əlavə, həkim yeməkdən sonra çay içmək vərdişinin mədə şirəsinin aktivliyini 30-50 faiz azaldacağına diqqət çəkib.
İmmunoloq həmçinin bəzi mikroelementlərin sorulmasına təsir göstərdiyi üçün yeməkdən sonra çaydan imtina etməyə çağırıb. O, qeyd edib ki, içki dəmir, kalsium, sink və maqneziumun udulmasını azaldır. "Çay içmək üçün optimal vaxt yüngül yeməkdən sonra 30-60 dəqiqədən tez deyil, zülallı-yağlı yeməkdən sonra isə 90-120 dəqiqədir", - həkim bildirib.
Mütəxəssis əlavə edib ki, çox isti çay içmək olmaz, çünki o, qida borusunun selikli qişasını zədələyə bilər. O, həmçinin güclü çaydan, xüsusən də süddən imtina etməyi tövsiyə edib.
Medianews.az