Medianews.az
Zəlzələ zamanı əməliyyatı <span style=color:red>davam etdirdilər – ANBAAN VİDEO
312 baxış

Zəlzələ zamanı əməliyyatı davam etdirdilər – ANBAAN VİDEO

Rusiyanın Kamçatka bolgəsində baş verən güclü zəlzələ zamanı həkimlər cərrahiyyə əməliyyatlarını davam etdiriblər. Hadisə kameraya düşüb. Medianews.az xəbər verir ki, bu barədə Kamçatkanın səhiyyə naziri Oleq Melnikovun telegram kanalında məlumat verilib. 

Videoda dörd həkimin bir xəstəni tutduğunu görünür. Həkimlər əməliyyatı yarımçıq qoymayıb, ən güclü titrəyişlər kəsildikdən sonra işlərini davam etdiriblər.

Kamçatka qubernatoru Vladimir Solodov videonu şərh edərkən, əməliyyatda iştirak edən həkimlərin mükafatlandırılacağını söyləyib. Qubernator həkimləri dövlət mükafatlarına təqdim etmək üçün sənədlərin hazırlanmasını əmr edib. "Belə cəsarət ən yüksək qiymətə layiqdir. Tibb işçilərinə fədakarlıqlarına görə təşəkkür edirik!", - o yazıb.  Medianews.az  

Bizə qoşulun