Medianews.az
“Mənliklərini qorusunlar, sənəti şantaj etmək olmaz, səhnəni tərk etmək...”- <span style=color:red>FOTO
181 baxış

“Mənliklərini qorusunlar, sənəti şantaj etmək olmaz, səhnəni tərk etmək...”- FOTO

“Avqust ayının 15-də 70 yaşım tamam olur. Açığı deyim ki, heç bilmədim illər hardan gəldi, hardan keçdi? Bu da mənim bir xoşbəxtliyim oldu. Mən oturub vaxtımı boş-boş keçirib, saatları saymamışam. İndinin özündə də. Hamıya can sağlığı arzulayıram. Tezliklə Afaq Bəşirqızı ilə görüşənədək”. Bunu Medianews.az -a açıqlamasında xalq artisti Afaq Bəşirqızı deyib. O daha sonra əlavə edib: “Ömür nə qədər irəliləyirsə, xatirələr də bir o qədər çoxalır. Bir o qədər də özünlə fəxr edirsən ki, sahib olduğun sənətə vicdanla, qeyrətlə xidmət etdim. O sahədə sənin izin, bir imzan oldu. Bu hər sənətkar üçün böyük bir xoşbəxtlikdir. O ki, qaldı 53 illik sənətdəki fəaliyyətimə... Mən heç vaxt yorulmadım, usanmadım. Yeniliklər, tamaşaçılarıma yeni gülüşlər bəxş etmək, o gülüşlərdə eyni zamanlarda onları düşündürmək məqsədi məndə olmayıb. Mən belə fikirləşirəm ki, olmayacaq da. Çünki mən hələ ki, səhnəni tərk etmək fikrində deyiləm. Hazırda yubileyim üçün teatrda və bir də ictimaiyyət üçün Heydər Əliyev sarayında yeni töhfəm olacaq. Bu töhfəni tamaşaçılara, doğma teatrıma bəxş edəcəm. Onlarla ilk dəfə səhnəyə çıxdığım kimi həyəcan keçirirəm, məsuliyyət hiss edirəm. Sənət adamlarına arzu edirəm ki, öz sənətlərinin mənliyini, öz mənliklərini qorusunlar, bunu hər şeydən üstün tutsunlar. Tamaşaçıların, onları sevənlərin, onları tanımayanların, lakin onların hərəkətinə qarşı aşağıda rəy yazan insanların yanında özlərini bu qədər adiləşdirməsinlər. Sənət sənətkarı sevər. Sənəti şantaj etmək olmaz”. Əli Əsgər, Medianews.az

Bizə qoşulun