Medianews.az
İşıq pulu: <span style=color:red>Sabit aylıq tarif sabit qalacaqmı?
258 baxış

İşıq pulu: Sabit aylıq tarif sabit qalacaqmı?

“Elektroenergetika haqqında” qanuna dəyişikliklər artıq təsdiqlənib. Beləliklə, ölkəmizdə elektrik enerjisi ilə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək. Bu səlahiyyət Tarif Şurasına həvalə edilib. İqtisadçı Natiq Cəfərli Medianews.az-a deyib ki, aylıq sabit tarifin 1 manat məbləğində müəyyənləşəcəyi gözlənir: “Yəni işlətdiyimiz elektrik enerjisinin dəyərinin üzərinə əlavə 1 manat da gələcək. Çox güman, Tarif Şurasının ilkin qərarı belə olacaq, amma kim zəmanət verə bilər ki, bir neçə ay sonra şura günün birində tarifi artırmayacaq? Ona görə hökumət məsələni Tarif Şurasına həvalə etməməlidir. Nazirlər Kabineti sabit tarifin ən azı üç il 1 manat olacağı ilə bağlı öhdəlik götürməlidir. Məsuliyyətin konkret ünvanı bəlli olmalıdır, bu işi Tarif Şurası kimi mücərrəd bir quruma tapşırmaq olmaz”. Toğrul Əli, Medianews.az

Bizə qoşulun