Medianews.az
Bu ərazidə qaz kəsildi - Nə vaxt bərpa olunacağı <span style=color:red>məlum deyil
204 baxış

Bu ərazidə qaz kəsildi - Nə vaxt bərpa olunacağı məlum deyil

Qəbələ rayonunun Əmili kəndində 285 abonentin qaz təchizatı dayandırılıb. "Azəriqaz" İstehsalat Birliyindən Medianews.az -a verilən məlumata görə, Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qəbələ xidmət sahəsinin ərazisində Qəbələ rayonu Əmili kəndi ünvanında yol kənarından keçən D-159 mm-lik yerüstü qaz xəttinin üzərindəki qapı keçidinin yer altına salınması məqsədi ilə bu gün saat 10:00-dan işlər yekunlaşanadək Əmili kəndində 285 abonentin qaz təchizatı daxildən dayandırılıb. İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaqdır.

Bizə qoşulun