Medianews.az
Puqaçovavanın mahnılarına<span style=color:red> qadağa
146 baxış

Puqaçovavanın mahnılarına qadağa

Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin (FPBC) rəhbəri Vitali Borodin Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimovadan Rusiyanı tərk etmiş Alla Puqaçovanın bütün kompozisiyalarının vətənpərvərlik tədbirlərindən çıxarılmasını xahiş edib. Medianews.az xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb. Borodinin sözlərinə görə, xüsusi hərbi əməliyyat (SVO) başlayandan sonra ölkəni tərk edən müğənni rusların gözündə özünü nüfuzdan salıb. "Biz rəsmi olaraq Puqaçovanın mahnılarının bütün vətənpərvər tədbirlərdən çıxarılmasını xahiş etmişik, çünki o, özünü nüfuzdan salıb. Onun mövqeyi birmənalı deyil, bizim belə bir sual vermək hüququmuz var", - o yazıb. Medianews.az

Bizə qoşulun