28.07.2025, 08:29
130 baxış
Lamiyə
Karamel qoxusunu hiss edirdi, xərçəng olduğunu ÖYRƏNDİ
Karamel qoxusunu bilməsi 57 yaşlı biritaniyalı Kostas Fantisdə beyin xərçənginin əlamətini göstərib.
Medianews.az xəbər verir ki, kişinin hekayəsini “Unilad” nəşri dərc edib.
Kostasın oğlu, 27 yaşlı Antonio atasının özünü yaxşı hiss etdiyini, lakin daim karamel qoxusunu hiss etdiyini bildirib. Ayda bir dəfə Kostas qoxunu hiss edərdi, sonra halüsinasiyalar keçərdi.
"Bizim bildiyimizə görə, bunlar saniyələrlə davam edən mini tutmalar idi və onlar zamanı insanda nəzərəçarpacaq heç nə baş vermədi", - Antonio bildirib.
2024-cü ilin aprelində britaniyalı müntəzəm müayinəyə gedib və beyin xərçənginin ən aqressiv forması olan IV mərhələ glioblastoma diaqnozu qoyulub. Onun qoxu halüsinasiyalarından başqa heç bir əlaməti yox idi. Kostas artıq radiasiya və kimyaterapiyadan keçmişdi və müalicəyə yaxşı dözürdü, lakin şiş azalmırdı.
Kostasın ailəsi xaricdə alternativ müalicə üsullarını sınamağa qərar verib - kişi tezliklə Münhendə xərçəng peyvəndi ilə ilk müalicə kursunu keçəcək.
Medianews.az