Medianews.az
Şuşada yanğın zamanı mina partlayışları baş verib
214 baxış

Şuşada yanğın zamanı mina partlayışları baş verib

Növbəti yanğın hadisəsi Şuşa rayonu Qala Dərəsi adlanan ərazisində baş verib. Medianews.az Trend-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı əraziyə FHN-nin yanğınsöndürən briqadasının əməkdaşları cəlb olunaraq yanğının meşə ərazisinə keçməsinin qarşısını alıblar. Məlumata görə, yanğın baş verən ərazidə 3 dəfə mina partlayışı qeydə alınıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək nəzarət altına alınıb.

Bizə qoşulun