25.07.2025, 08:23
341 baxış
Azad
Rəzillik və acizlik: Etibar Əliyev Mixail Qusmanın işdən çıxarılmasını belə qiymətləndirir
Təhsil eksperti Etibar Əliyev III Şuşa Qlobal Media Forumunda iştirakına görə məşhur Mixail Qusmanın TASS informasiya agentliyinin direktor müavini vəzifəsindən azad edilməsini rəzillik və acizlik kimi qiymətləndirir.
Medianews.az-a açıqlamasında Etibar Əliyev xatırladıb ki, Mixail Qusman və qardaşı Yuli Qusman Bakıda doğulublar və onların Azərbaycana bağlılığı əsl mərdlik və passionarlıq keyfiyyətidir: “Qədim Yunan mifologiyasında məşhur “Pandoranın yeşiyi” ifadəsi min illərdir ki, öz mənasını itirməyib. Zevsin bütün növ yamanlıqlarla doldurduğu yeşiyi Pandora açır. Deyəsən yeşikdən yayılan və dünyanı bürüyən bədbəxtliklər, geridönməz fəlakətlər, səfalətin bütün cizgiləri Rusiyada görünür. Yeşikdə təkcə ümid qalır. Bu ölkəyə ümid bəsləmək də absurddur”.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı Mixail Qusman Azərbaycanın Müdafiə Fonduna 50 min avro yardım edib.
Nailə Qasımova,
Medianews.az
Paylaş: