24.07.2025, 08:03
152 baxış
Lamiyə
Niyə suyu çox içməliyik? - SƏBƏB
“Su iştahı azaldır və stresslə mübarizə aparmağa kömək edir”.
Medianews.az xəbər verir ki, bunu onkoloq Vladimir İvaşkov deyib.
"Su maddələr mübadiləsini sürətləndirir və iştahı azaldır. Yeməkdən əvvəl bir stəkan içmək lazımıdr. Bu yolla daha az yeyəcəksiniz", - İvaşkov məsləhət verib.
Bundan əlavə, su enerjinin miqdarını artırır və bədənin susuzlaşması yorğunluğa səbəb ola bilər.
Su həmçinin streslə mübarizə aparmağa kömək edir, əzələləri və oynaqları dəstəkləyir və dərinin cavanlaşmasına kömək edir. Bundan əlavə, bağırsaq işinə müsbət təsir göstərir, o cümlədən qəbizlik riskini azaldır. Nəhayət, su böyrəkləri daş əmələ gəlməsindən qoruyur.
Medianews.az