22.07.2025, 08:09
193 baxış
Lamiyə
Mətbəxdəki dərman 2 yaşlı uşağın ölümünə səbəb oldu
Rusiyada mətbəxdə həb tapan 2 yaşlı oğlan uşağı ölüb.
Medianews.az xəbər verir ki, Leninqrad vilayətində baş verib.
Uşağın anası onun xırıltısını başqa otaqdan eşidib. 34 yaşlı rusiyalı qadın ona ilkin tibbi yardım göstərməyə başlayıb. Qadın bildirib ki, ola bilsin ki, uşaq mətbəxdə olan əsəb və narahatlıq üçün dərman qəbul edib.
Həkimlər oğlana təyin olunmamış dərmandan zəhərlənmə, həmçinin aspirasiya pnevmoniyası diaqnozu qoyublar. Həkimlərin bütün səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Uşağın anası valideynlik vəzifələrini yerinə yetirməmək maddəsi ilə dəfələrlə məsuliyyətə cəlb edilib.
Medianews.az
Paylaş: