22.07.2025, 09:28
184 baxış
Lamiyə
"Dexter”in ulduzu faciəvi şəkildə ÖLDÜ
"Dexter" kult serialındakı rolu ilə tanınan aktyor Malkolm-Camal Uorner tətildə olarkən dünyasını dəyişib.
Medianews.az xəbər verir ki, faciə 54 yaşlı aktyorun Kosta-Rikada ailəvi istirahəti zamanı baş verib.
Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil, lakin ilkin versiyaya görə, Uornerin ölümünə asfiksiya səbəb olub. Vidanın tarixi və yeri daha sonra açıqlanacaq.
Malkolm-Camalın televiziya debütü 1982-ci ildə baş verib: o, "Matt Hyuston" detektiv serialında oynayıb. O, Bill Kosbinin obrazının oğlu rolu ilə məşhurlaşıb. Uorner “Kostyumlar”, “Amerika Dəhşət Hekayəsi” seriallarında və digər məşhur layihələrdə də rol alıb.
Medianews.az