Medianews.az
Azərbaycan klublarının UEFA Konfrans Liqasında potensial <span style=color:red>rəqibləri müəyyənləşib
146 baxış

Azərbaycan klublarının UEFA Konfrans Liqasında potensial rəqibləri müəyyənləşib

Bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Oxu.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində Azərbaycan təmsilçiləri "Araz-Naxçıvan", "Sabah" və "Zirə"nin potensial rəqibləri də müəyyənləşib. "Araz-Naxçıvan" (Azərbaycan) - "Aris" (Yunanıstan) cütünün qalibi "Omoniya" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) matçının qalibi ilə görüşəcək. "Sabah" - "Petrokub" (Moldova) cütünün qalibi isə "Levski" (Sofiya, Bolqarıstan) - "Braqa" (Portuqaliya) cütünün qalibi ilə görüşəcək. "Zirə" isə "Hayduk"u (Xorvatiya) məğlub edəcəyi təqdirdə "Atletik Klub Eskaldes" (Andorra) - "Dinamo Siti" (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək. Qeyd edək ki, UEFA Konfrans Liqasında III təsnifat mərhələsinn ilk oyunları avqustun 19-20-də, cavab görüşləri 26-27-də baş tutacaq.

Bizə qoşulun