16.07.2025, 15:37
193 baxış
Azad
Netanyahu druzlara müraciət edib: “Vəziyyət çox ağırdır”
İsrailin baş naziri Benyamin Netanyahu druz icmasına müraciət edərək, onları Suriyaya keçməməyə çağırıb.
Medianews.az-ın məlumatına görə, Netanyahu deyib ki, orada vəziyyət çox ağırdır, druzlar qaçırıla və ya öldürülə bilərlər: "Qardaşlarım, İsrailin druz vətəndaşları, Suriyanın cənub-qərbində vəziyyət çox ciddidir. İsrail ordusu, Hərbi Hava Qüvvələri, digər qüvvələr fəaliyyət göstərir. Biz druz qardaşlarımızı xilas etmək və rejimin quldur dəstələrini məhv etmək üçün hərəkət edirik.
İndi sizdən bir xahişim var: siz İsrail vətəndaşısınız. Sərhədi keçməyin. Siz həyatınızı təhlükəyə atırsınız; siz öldürülə bilərsiniz, oğurlana bilərsiniz. Ona görə də sizdən xahiş edirəm - evlərinizə qayıdın ki, İsrail ordusu hərəkətə keçsin”.
Medianews.az
Paylaş: