14.07.2025, 09:35
156 baxış
Lamiyə
Piton insana hücumu etdi – ANBAAN VİDEO
Filippində pitonun insana hücumu lentə alınıb.
Medianews.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə bir neçə yeniyetmənin çayın sahilindəki meşədə dincəlməsi görünür.
Kolların içində gizlənən ilan yeniyetmələrin birinin üstünə atılır, daha sonra isə kollara qayıdır. Bu vaxt qorxmuş yeniyetmələr qışqıra-qışqıra çaya axışırlar.
Videonun müəllifi bundan sonra nə baş verdiyini açıqlamayıb.
Medianews.az