Medianews.az
“Əbu-Dabidəki görüşün 5 saat çəkməsi o deməkdir ki...” – <span style=color:red>Politoloq
217 baxış

“Əbu-Dabidəki görüşün 5 saat çəkməsi o deməkdir ki...” – Politoloq

“Əbu-Dabidəki görüşün 5 saat çəkməsi o deməkdir ki, liderlər və heyətlər sülh sazişinin imzalanmasına və Zəngəzur dəhlizinin açılmasına əngəl olan ən mürəkkəb məsələləri geniş şəkildə müzakirə ediblər”. Politoloq Elxan Şahinoğlu Medianews.az-a açıqlamasında belə deyib. Politoloqun fikrincə, görüşdən sonra yayımlanan açıqlama və xəbərlər də göstərir ki, tərəflər A-dan Z-yə bütün məsələləri müzakirə ediblər: “Görüşün yekunu olaraq hər hansı sənədin imzalanmaması və ya ortaq bəyanatın qəbul edilməməsi narahatlığa əsas vermir. Dialoq genişlənib. Önəmli olan budur. Bütün hallarda Nikol Paşinyan konstitusiya dəyişikliyini ləngitməməlidir. Sülhün açarı bundadır”. Toğrul Əli, Medianews.az  

Bizə qoşulun