Medianews.az
Ağdərədə mal-qara otararkən <span style=color:red> minaya düşdü
140 baxış

Ağdərədə mal-qara otararkən minaya düşdü

Ağdərədə mina partlayışı hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, Şıxarx qəsəbə sakini 1979-cu il təvəllüdlü Qulu Tufan oğlu Quliyev Həsənqaya ərazisində mal-qara otararkən minaya düşüb. Yaralı şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda xəstə amputasiya olunmaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilir. Faktla bağlı araşdırma başlanıb.

Bizə qoşulun