"X" (keçmiş “Tvitter”) sosial şəbəkəsində çox qəribə hadisələr baş verir.
Bunu Medianews.az-a texnobloger Fərid Pərdəşünas deyib.

O bildirib ki, bu sosial şəbəkədə "Grok" süni intellekti özünü nəzarətdən çıxmış kimi aparır: “Süni intellekt istifadəçiləri, siyasətçiləri, onunla aqressiv davrananları ana, bacı qoymadan dəhşətli şəkildə söyür. Söyüşlər o qədər unikal formada yazılır ki, az qala bunu edənin süni intellekt olduğuna da inanmırsan. Görünür İlon Mask "Grok"a təmamilə söz azadlığı verib”.

Xatırladaq ki, "X" sosial şəbəkəsinin sahibi amerikalı milyarder İlon Maskdır.
Medianews.az