08.07.2025, 09:47
209 baxış
Lamiyə
Səkkiz metrlik ilan insanı bütövlükdə udub – VİDEO 18+
İndoneziyanın Majapahit kəndində səkkiz metrlik piton 63 yaşlı fermeri bütövlükdə udub.
Medianews.az xəbər verir ki, qonşular kişnin itdiyini öyrəniblər.
Səhər onunla görüşməli idilər, lakin qohumlarından onun plantasiyadan evə qayıtmadığını öyrəniblər. Onlar birlikdə itkin düşən fermeri axtarmağa balayıblar.
Onun motosikleti daxmanın yanında dayanmışdı, daxmanın özü isə boş idi. Yaxınlıqda kəndlilər şübhəli dərəcədə böyük piton tapıblar. Səkkiz metrlik ilan tutulub. Kişilər bıçaqla silahlanıb, cəsədi pitonun qarnından kəsiblər. Qonşular pitonun mədəsinin içindəkiləri lentə alıblar. Ehtimal olunur ki, ilan kişi toyuqlarını bəsləyərkən ona hücum edib. Fermerin yanında silah olmadığından piton onu asanlıqla udub.
Qonşular daha sonra La Notinin qalıqlarını ailəsinə çatdırıblar, ailəsi tezliklə dəfn mərasimi təşkil edəcək. Yerli hakimiyyət nümayəndələri qeyd ediblər ki, bu, ərazidə ilk belə hadisədir. Bununla belə, bu cür piton hücumları İndoneziyanın qalan hissəsində qeyri-adi deyil. Yağışlı mövsümdə onlar mal-qaranı ovlamaq üçün plantasiyalara gizlicə girirlər.
Medianews.az