Medianews.az
Puqaçovanın xəstəliyi nədir?
154 baxış

Puqaçovanın xəstəliyi nədir?

“SSRİ xalq artisti Alla Puqaçovanın əllərinin əsməsi ürək problemi ilə bağlı olması ehtimalı azdır”. Medianews.az xəbər verir ki, bunu kardioloq Andrey Kondraxin deyib: “Bu, əzələ asteniyası, hipertiroidizm və Parkinson sindromu zamanı baş verir. Stress və ya ağır əşyaların təsirindən əllər müəyyən yerdə gərginlikdən titrə bilər”. Ekspert əlavə edib ki, bəlkə də müğənni artıq telefonu saxlamaqda çətinlik çəkir. Bundan əvvəl Alla Puqaçova əl titrəməsindən şikayətlənib. 76 yaşlı müğənni səhər saatlarında əri Maksim Qalkin və qızı Yelizavetanın yemək bişirməsini lentə alıb. Müğənni etiraf edib ki, düzgün bucaq tapmağa çalışsa da, əl əsdiyi üçün çətinlik çəkir. Medianews.az

Bizə qoşulun