Medianews.az
Peskov Rusiya-Azərbaycan münasibətlərindən danışdı
153 baxış

Peskov Rusiya-Azərbaycan münasibətlərindən danışdı

Rusiya və Azərbaycan ən yaxın tərəfdaş və müttəfiq olaraq qalmalıdırlar. Milli.Az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O qeyd edib ki, yaranan bütün problemlər konstruktiv şəkildə həll edilməlidir. "Biz əvvəlki kimi tərəfdarıq və hesab edirik ki, məntiq yalnız bir şeyi deyir: Rusiya və Azərbaycan ən yaxın tərəfdaşlar, müttəfiqlərdir və belə də qalmalıdır", - D.Peskov bildirib. O həmçinin Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və Baş Prokuroru İqor Krasnovun Azərbaycanın Baş prokuroru ilə əlaqələrini də xatırladıb. /Report.az

Bizə qoşulun