Medianews.az
Bilgəh çimərliyində boynu sınan <span style=color:red> gənc ÖLDÜ
224 baxış

Bilgəh çimərliyində boynu sınan gənc ÖLDÜ

Bakıda çimərlikdə ağır xəsarət alan gənc vəfat edib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iyunun 14-ü Bilgəh qəsəbəsindəki dəniz çimərliyində Bakı şəhər sakini 2003-cü il təvəllüdlü Fuad Fəyyaz oğlu Musayev suya tullanarkən ehtiyatsızlıqdan xəsarət alıb. Xəstəxanaya çatdırılan 22 yaşlı oğlanın boyun fəqərələrinin sındığı və sinirlərinin zədələndiyi məlum olub. Tibbi yardıma baxmayaraq, F.Musayev iyulun 1-i xəstəxanada ölüb. Faktla bağlı araşdırmalar aparılır.

Bizə qoşulun