Medianews.az
MÖCÜZƏ: Dəhşətli qəzada heç kimə heçnə olmadı - <span style=color:red> Yük maşını avtomobili körpüdən atdı – ANBAAN VİDEO
133 baxış

MÖCÜZƏ: Dəhşətli qəzada heç kimə heçnə olmadı - Yük maşını avtomobili körpüdən atdı – ANBAAN VİDEO

Braziliyada yük maşınının minik avtomobili körpüdən atması nəticəsində sürücüsü və dörd sərnişin möcüzəvi şəkildə sağ qalıb. Medianews.az xəbər verir ki, hadisə iyunun 26-da, Bahia ştatının Salvador şəhəri yaxınlığındakı dar yolda baş verib. Yük maşınının başqa bir yük maşını ilə toqquşmadan uzaqlaşaraq öz zolağına dönüb qarşıdan gələn minik avtomobilinə çırpıldığı anı yol kamerası lentə alıb. Hadisə kiçik körpüdə baş verib. Aralarında uşaq da daxil olmaqla 5 nəfərin olduğu avtomobil körpüdən aşıb. Təcili xidmətlər maşında olanların hamısının sağ qaldığını müəyyən edib. Üstəlik, onlardan yalnız biri ağır yaralanıb. İstintaq müəyyən etdiyi kimi, taxta-şalban yüklənmiş yük maşınının əyləcləri sıradan çıxıb. Tezliklə yük maşını dayandırılıb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Taxta yük maşınından düşüb və polisin olmasına baxmayaraq yerli sakinlər tərəfindən oğurlanıb. Medianews.az
   

Bizə qoşulun