Medianews.az
Tərk edilmiş binada faciə: <span style=color:red> Uşaq ayağını itrdi
102 baxış

Tərk edilmiş binada faciə: Uşaq ayağını itrdi

Rusiyada tərk edilmiş bir binada 14 yaşlı oğlanı elektrik cərəyanı vurub. Medianews.az xəbər verir ki, hadisə Petrozavodsk bölgəsində, iyunun 23-də baş verib. Hadisə nəticəsində uşağın sol ayağı amputasiya edilib və o, təcili olaraq Moskvadakı xəstəxanaya aparılıb. Baş vermiş dəhşətli faciədən sonra cinayət işi açıb. Zərərçəkənin dostları müəssisənin ərazisinə çıxaraq heç bir yazı və xəbərdarlıq nişanı olmayan bina görüblər. Bunun elektrik transformatoru olduğu ortaya çıxıb. Faciədən sonra oğlanın dostları binanın girişini özləri bağlayaraq "İçəri girməyin! 23.06.2025-ci ildə burada bir nəfər (dostumuz) az qala öləcəkdi" işarəsi yazıblar. Kareliyanın İstintaq Komitəsinin qeyd etdiyi kimi, təhlükəsizliyin təmin edilməsi üçün vaxtında tədbir görməyən şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək. Medianews.az

Bizə qoşulun