Medianews.az
Kadırovun 17 yaşlı oğlu Putinə <span style=color:red> bu cür təşəkkür etdi
201 baxış

Kadırovun 17 yaşlı oğlu Putinə bu cür təşəkkür etdi

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, 17 yaşlı Adam Kadırov Rusiya prezidenti Vladimir Putinə müraciət edərək onunla fotosunu dərc edib. Medianews.az xəbər verir ki, şəkil onun İnstaqram hesabında yerləşdirilib. Gənc yazısında Putinə çeçen xalqı üçün etdiyi hər şeyə görə təşəkkür edib. “Sizin daimi diqqətiniz bizim ailəmiz üçün xüsusilə qiymətlidir”, - kiçik Kadırov yazıb. O, həmçinin söz verib ki, çeçenlər Rusiya prezidentini məyus etməyəcəklər. Fotoda o, Putinlə əl sıxır. Fotonun dəqiq harada çəkildiyi göstərilməyib. Medianews.az

Bizə qoşulun