30.06.2025, 08:34
151 baxış
Lamiyə
Yanğından özünü belə xilas etdi – ANBAAN VİDEO
İrlandiyada kişi yanan evdən pəncərədən yük maşınının üzərinə atılaraq sağ qalıb.
Medianews.az xəbər verir ki, hadisə Dublin şəhərində baş verib.
Yanğın tay masaj salonunun yerləşdiyi dördmərtəbəli binanın üçüncü mərtəbəsində cərəyan edib.
Yanğın zamanı kişi özünü necə xilas edəcəyini bilməyərək pəncərənin yanında dayanıb. Yoldan keçən Eurospar yük maşını sürücüsü onu görüb və kömək etmək qərarına gəlib.
Həmin şəxs sürücüyə güvənərək maşının damına atılıb. Bu an videoya çəkilib. O, sağ qalmağı bacarıb.
Yanğının səbəbləri hələlik məlum deyil. Yanğın zamanı 7 nəfərin xəsarət aldığı qeyd edilir. Onlardan üçü xəstəxanaya aparılıb.
Medianews.az